Qadin.NET / Aston Martin yeni modelini nümayiş etdirdi

Aston Martin yeni modelini nümayiş etdirdi

Aston Martin, 2014 Vanquish Volante modelinin tanıtımını dünyanın ən prestijli avtomobil tədbirlərdən biri olan Pebble Beach Concours d'Elegance-da reallaşdırdı. 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, bu avtomobilin kapotunun altında 573 at gücü və 620 Nm fırlanma anı çıxaran 6.0 litrlik V12 mühərrik var. Super idman avtomobili sıfırdan 100 km/s sürətə 4.1 saniyədə çatır. Maksimum sürəti isə 294 km/s-dır.
Aston Martının yeni modeli Vanquish Volante firmanın çıxardığı karbon lif gövdəyə sahib ilk avtomobildir. Cəmi 1,844 kiloqram ağırlığındakı avtomobil, sabit tavanlı coupe versiyasından yalnız 9 kiloqram daha ağırdır. Üç laylı Arxiv parça tavan 14 saniyəyə tamamilə qatlanır. Açılan-bağlanan tavan xaricində Vanquish Volante, xarici görünüş və kabin içərisi olaraq coupe həmkarı ilə tamamilə eynidir.
İngiltərədə 199,995 sterlinqdən başlayan qiymətlər ilə satışa təqdim edilən 2014 Aston Martin Vanquish Volante-ı Almaniyadan alacaq müştərilər 264,995 avrolarından keçməli olacaqlar.
Mənbə: Milli.Az

22 avqust 2013
GO BACK