Qadin.NET / Azərbaycanda 900-dən çox insan qidadan zəhərlənib

Azərbaycanda 900-dən çox insan qidadan zəhərlənib

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 618 qida zəhərlənməsi baş verib

Bu barədə Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) məlumat veriblər.
Mərkəzdən bildirilib ki, qida zəhərlənməsi nəticəsində 921 nəfər zəhərlənib. Bu müddətdə 19 botulizm hadisəsi baş verib. Nəticədə 23 nəfər zərər çəkib. Zəhərlənmə hadisələrinin hamısı məişət şəraitində baş verib. Ümumilikdə qida zəhərlənmələrinin ümumi sayında kütləvi zəhərlənmələrin payı çox az olub.
Bu ilin yalnız iyul ayı ərzində Azərbaycanda 229 qida zəhərlənməsi baş verib. Qida zəhərlənməsi nəticəsində 241 nəfər zəhərlənib.

Mənbə: Milli.Az

21 avqust 2013
GO BACK