Qadin.NET / Hamilə qadınlara dondurma yemək olar?

Hamilə qadınlara dondurma yemək olar?

Protein və kalsiumla zəngin və qidalandırıcı dondurma, hamilə qadınlara enerji verir.
Publika.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dondurma hamilə qadınlar üçün faydalıdır. Çünki dondurmanın enerji verən xüsusiyyətləri var. Dondurma yay aylarının əvəzolunmaz şirniyyatıdır. Hamiləliyinin son ayları isti yay günlərinə təsadüf edən qadınların şirniyyat əvəzinə dondurma yeməsi məsləhət görülür.
Dondurma xoşbəxtlik gətirən qida olmaqla yanaşı, yaxşı kalsium, enerji və protein qaynağıdır. Kalsium hamiləlikdə ananın sümüklərini möhkəmləndirir, uşağın sümük inkişafını isə gücləndirir. Həm də ananın təzyiq riskini azaldır. Süd və süd məhsulları kalsiumun ən zəngin qaynaqlarıdır. Gündəlik qidlanmada pendir, qatıq və süd məhsullarına üstünlük verən hamilələr, həftədə 1-2 dəfə dondurma yeyərək də kalsium miqdarını artıra bilər.
Lakin yeməzdən əvvəl 5 dəqiqə saxlayın

Ana namizədləri dondurma yeyəndə diqqət etməlidir. Dondurma hamiləlikdə qadınıları bol enerji ilə təmin edir. Dondurmanın tərkibindəki proteinlər isə uşağın inkişaf etməsini sürətləndirir. Protein ananın sağlamlığının qorunmasında xüsusi rolu olduğu üçün gündəlik qidalanmada mütləq yer veriməldir. Dondurmanın da tərkibində protein olduğunu nəzərə alaraq hamilələrə dondurma çox faydalıdır. Lakin dondurmanın hazırlanma, saxlanılma və gigiyenik cəhətdən təmiz olmasına diqqət edilməlidir.
Qanda şəkər miqdarını normaya salmaq üçün gündüz saatlarında və yeməkdən ən az 2 saat sonra yeyilməsi daha məqsədəuyğundur. Yeməzdən əvvəl təxminən 5 dəqiqə saxlamaqda fayda var. Çünki çox soyuq qidalar hamiləlikdə riskli ola, ya da boğaz və tənəffüs yolu infeksiyaları yarada bilər.
Mənbə: Milli.Az

21 avqust 2013
GO BACK