Qadin.NET / Azərbaycanda geomaqnit gərginlik və maqnit qasırğası gözlənilirmi?

Azərbaycanda geomaqnit gərginlik və maqnit qasırğası gözlənilirmi?

 

Azərbaycanda geomaqnit gərginlik və maqnit qasırğası gözlənilirmi?


Azərbaycanda sabah geomaqnit gərginlik və maqnit qasırğası gözlənilmir.
Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının  Günəş və Günəş-Yer şöbəsinin müdiriNamiq Cəlilov deyib. 
Onun sözlərinə görə, adətən Günəşdə baş verən alışmalar və tullantılar yerə 3-4 gün ərzində çatır: “Bizdə olan məlumata görə, son günlər Günəşdə tam sakitlikdir. Ona görə sabah qasırğanın baş verəcəyi ehtimalı sıfıra bərabərdir. Bu gün və ya sabah nəsə olsa, 3-4 gündən sonra maqnit qasırğasının olacağını gözləmək olar. Lakin bir şərtlə ki, Günəşdə atılan şüalar yerə tərəf yönəlsin. Bunun da ehtimalı çox azdır. NASA-nın peykləri bütün prosesləri izləyir və əvvəlcədən xəbərdarlıq edir. Yaxınlarda heç nə gözlənilmir”.
Qeyd edək ki, NASA-nın məlumatına görə, dünən Günəşin səthində baş verən partlayış nəticəsində kosmosa Günəş plazmasının axını baş verib. Plazmanın Yer kürəsinə 3 gün ərzində çatacağı proqnozlaşdırılır. Bunun nəticəsində Yer kürəsində geomaqnit gərginlik və maqnit qasırğası gözlənilir.

 

Mənbə: Milli.az

21 avqust 2013
GO BACK