Azərbaycan Respublikasında AZS 750-2013 "Gəmi lövbərləri. Ümumi texniki şərtlər" dövlət standartı təsdiq edilib.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Komitənin əmri ilə AZS 750-2013 "Gəmi lövbərləri. Ümumi texniki şərtlər" dövlət standartı təsdiq edilib. Standartın tətbiq vaxtı 1 oktyabr 2013-cü il tarixdən müəyyən edilib.
Bu standart hərbi suüstü gəmilərdə, ticarət gəmilərində və digər üzən vasitələrdə istifadə edilən "Xolla" və "Admiralteysk" tipli lövbərlərə şamil edilir. Standartda gəmi lövbərlərinin konstuksiyası və əsas ölçüləri, lövbərlərə olan texniki və təhlükəsizlik tələbləri öz əksini tapıb.Məlumat üçün bildirək ki, standart Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası tərəfindən işlənib Komitəyə təqdim edilib.
Mənbə: Trend.az