Azərbaycanda e.ə. 9-7-ci əsrlərə aid qədim yaşayış yeri və nekropol aşkarlanıb.
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki Qax-Oğuz Arxeoloji Ekspedisiyasının rəisi Nəsib Muxtarov məlumat verib.
Nəsib Muxtarovun sözlərinə görə, yeni tapılan qədim yaşayış yeri və nekropol Şəkinin Fazıl kəndinin inzibati ərazisində, Yoncalı adlanan
torpaq sahəsinin5-6 hektar hissəsində aşkarlanıb.Ərazidə aparılan qazıntılar zamanı eramızdan əvvəl 9-7-ci əsrlərə aid qədim yaşayış
yeri və nekropol tapılıb. Bu nekropolda ilk dəfə olaraq tuncdan hazırlanmış 3 ədəd ox ucları, tunc, mis və qeyri-metaldan hazırlanmış qol, sinə və baş-bəzək əşyaları aşkarlanıb.
Ərazidə həmçinin müxtəlif formada dəfn adətləri aşkar edilib. Qazıntılar zamanı ərazidə skif və saf dövrünə aid keramik materialından hazırlanmış qablar da tapılıb.
N. Muxtarovun dediyinə görə, yeni tapılan yaşayış yeri və nekropolda skif və saf dövrü mədəniyyətinin izləri var, Xocalı-Gədəbəy mədəniyyətinin orta və son pilləsinə aiddir.
N. Muxtarov bildirib ki, yeni tapılan yaşayış yeri və nekropol Fazılıda olan yeraltı muzeydən (labirintdən) 1 km kənarda yerləşir.
Mənbə: Milli.az