Qadin.NET / Yol hərəkəti qaydasını kimlər poza bilərlər?

Yol hərəkəti qaydasını kimlər poza bilərlər?

 Yol hərəkəti qaydasını kimlər poza bilərlər?

Yol polisinin qayda pozuntusu etdiyini iddia edən oxucu Milli.Az-a məktub yazıb. 
Məktubda deyilir ki, avqustun 19-da saat 18 radələrində 28 May küçəsində yerləşən keçmiş "Bakı" mehmanxanasının yaxınlığında 10-YP-318 nişanlı Yol Patrul Xidməti (YPX) avtomobili qayda pozuntusuna görə bir taksi sürücüsunu 2-ci cərgədə saxlayıb. 
Cavan bir YPX əməkdaşı özünü təqdim edib, lakin saxlamanın səbəbini açıqlamayıb, sürücünun sənədlərini götürüb öz xidməti avtomobilinə yollanıb. Daha sonra daha bir 10 YP 536 dövlət nömrə nişanlı YPX avtomobili 2-ci sırada dayanan yol polisi maşınına yaxınlaşıb, yolu tamamilə həm piyadalar üçün, həm də ki digər nəqliyyat vasitələri üçün bağlayıb və söhbət etməyə başlayıb. Niyə adi vaxtda sürücü 2-ci cərgədə avtomobilini 1-2 dəqiqəlik saxladıqda cərimə tətbiq edirlər, 3-cü sırada dayanan YPX avtomobilinə qarşı isə heç bir tədbir görülmür?
Bakı Şəhər Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Milli.Az-a açıqlamasında bildirdi ki, yol hərəkətində üstünlüyə malik olan nəqliyyat vasitələrinin sürücülərinə zərurət yarandıqda yol hərəkəti qaydalarını pozmağa icazə verilir. Bölmə rəisinin sözlərinə görə, yol polisinin ikinci cərgədə hansı səbəbdən saxlamasını bilmək lazımdır: "Bəlkə, yol polisi hansısa maşını qadağan olunmuş yerdən götürməsini tələb edir, bəlkə də, hansısa tədbirlə bağlıdır".
Mənbə: Milli.Az 

21 avqust 2013
GO BACK