Bakının ən böyük küçələrindən birində sürücülər üçün maneə yaradılıb. Milli.Az-ın məlumatına görə, Həsən Əliyev küçəsində yeni inşa olunan tunelin qarşısında böyük ərazi hasarlanıb. Oranın hansı səbəbdən bağlanması məlum deyil.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan MürsəliyevMilli.Az-a açıqlamasında bildirdi ki, Həsən Əliyev küçəsində tikilən tunelin sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulub. Ona görə də küçə boyu son işlər görülür. Hasarlanmış ərazi də həmin işlərin bir hissəsidir.
Mənbə: Milli.az