Qadin.NET / Azərbaycanda ən çox hansı ixtisaslara ehtiyac var?

Azərbaycanda ən çox hansı ixtisaslara ehtiyac var?

 

Azərbaycanda ən çox hansı ixtisaslara ehtiyac var?


Trend Təhsil Nazirliyinin saytına istinadən bildirir ki, ixtisaslar üzrə dövlət sifarişini nəzərə alsaq, müəllimlik, menecment, iqtisadiyyat, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, sənayenin təşkili və idarə olunması, müalicə işi, kompüter elmləri, biznesin idarə olunması, mühasibat uçotu və audit, dünya iqtisadiyyatı və digər ixtisaslara tələbat daha çoxdur.
Tələbat olan ixtisaslara gənclərin marağının artırılması məsələsi ali təhsil müəssisələrinin üzərinə düşür: "Məhz ali təhsil müəssisələri kadr hazırlığı apardıqları ixtisaslar haqqında məlumatı ictimaiyyətə mütəmadi olaraq müxtəlif vasitələrlə çatdırmalı, həmin ixtisasların maraqlı tərəflərini izah etməlidirlər. Bu, həm gənclərə ixtisas seçimində köməklik etmiş olar, həm də ali təhsil müəssisələri arasında rəqabət qabiliyyətini gücləndirər".

 

 

Mənbə: Milli.az

21 avqust 2013
GO BACK