Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda saxlanılan erməni əsirlə görüşüb. Bu barədə Trend-ə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynovabildirib. İ.Hüseynova bildirib ki, bu gün baş tutan başçəkmədə əsirə ailəsinin məlumatı çatdırılıb və ondan ailəsi üçün məlumat alınıb. Qeyd edək ki, avqustun 7-dən 8-nə keçən gecə erməni silahlı bölmələrinin hərbçisi Akop İnciqulyan qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib.
Mənbə: Milli.Az
Mənbə: Milli.Az