Dövlət ödənişin bir hissəsini həyata keçirməklə yerli istehsal olan avtomobillərin satışını stimullaşdıra və yerli avtomobil istehsalını inkişaf etdirə bilər. Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, bu barədə "РС…Рѕ" qəzetinə açıqlamasında İqtisadi və sosial inkişaf mərkəzinin sədri Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bundan əvvəl avtomobil istehsalının tempini artırmaq lazımdır.
"Belə olan halda, ölkə vətəndaşları yerli istehsal olan avtomobillərə üstünlük verəcəklər", - o əlavə edib.
V.Bayramov qeyd edib ki, Ukraynada belə bir təcrübənin tətbiq olunması nəzərdə tutulur.
Mənbə: Milli.Az