Qadin.NET / Cəlilabadda yeni yaşayış məskənləri aşkar olunub

Cəlilabadda yeni yaşayış məskənləri aşkar olunub

 

Cəlilabadda yeni yaşayış məskənləri aşkar olunub

Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, Cəlilabad rayonunun Üçtəpə kəndindəki qədim yaşayış məskəni olmuş Polutəpədə aparılan arxeoloji qazıntılar zamanı Muğanın ən qədim sakinlərinin yeni yaşayış məskənləri aşkar olunub. Tapılmış nümunələrdən aydın olur ki, burada bizim eradan əvvəl Neolit dövründə yaşamış yerli tayfalar əkinçilik və maldarlıqla yanaşı, sənətkarlıqla da geniş məşğul olublar.
Arxeoloji ekspedisiyanın rəhbəri Tufan Axundovun sözlərinə görə, Polutəpə yaşayış məskənində aşkar edilən məişət əşyaları əvvəllər tapılan əşyalardan xüsusi özəllikləri ilə seçilir. Polutəpə yaşayış məskənində aparılan qazıntılar zamanı 3 insan məzarı və yerli tayfaların o dövr üçün xüsusi əhəmiyyət kəsb edən silah anbarı da aşkar olunub. Tufan Axundovun sözlərinə görə, aşkar olunmuş nümunələrin tədqiq olunması üçün Botanika və Coğrafiya institutuna eləcə də Rusiya Federasiyasına göndərilməsi nəzərdə tutulub. 6 hektarlıq ərazini əhatə edən Polutəpə yaşayış məskəni Qafqazda V minilliyə aid olan ən böyük qədim yaşayış məskənidir.
Mənbə: Milli.Az 

 

20 avqust 2013
GO BACK