Qadin.NET / Azərbaycanın bəzi rayonlarına qaz verilişi dayandırılacaq

Azərbaycanın bəzi rayonlarına qaz verilişi dayandırılacaq

 Azərbaycanın bəzi rayonlarına qaz verilişi dayandırılacaq

Təmir işləri ilə əlaqədar avqustun 20-də saat 09:00-dan 18:00-dək Qax, Zaqatala, Balakən rayonlarını təbii qazla təmin edən bütün ölçü qovşaqlarında, saat 10:00-dan 18:00-dək "Qazax" Qazpaylayıcı Stansiyasında, "Ağköynək", "1-ci Şıxlı" Avtomatik Qazpaylayıcı Stansiyasında, "Zeytun", "Zirə əhali", "Dübəndi bağları" ölçü qovşaqlarında, saat 10:00-dan 16:00-dək isə "Zabrat" Qazpaylayıcı Stansiyasında təbii qaz təchizatı dayandırılacaq. 
Bu barədə Trend-ə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən məlumat verilib.
Təmir işləri aparılan müddətdə Qax, Zaqatala, Balakən rayonlarına, Qazax şəhərinə, Xəzər rayonunun Qala, Zirə qəsəbələrinin bir hissəsinə, Zeytun, Xaşaxuna, Dübəndi bağları adlanan yaşayış sahəsinə, Sabunçu rayonunun Balaxanı, Zabrat I qəsəbələrinə və Zabrat II qəsəbəsinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Mənbə: Milli.Az  

20 avqust 2013
GO BACK