Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Azərbaycanla qonşu olan ölkələrdə - Türkiyə, Gürcüstan və Rusiyada qızılca xəstəliyinə yoluxma halları azalsa da, bu xəstəliyin kökü tam kəsilməyib. Ona görə də bu infeksiyanın Azərbaycanda da yayılması təhlükəsi yenə də gündəmə gəlib.
Səhiyyə Nazirliyinin bu barədə açıqlamasına aydınlıq gətirən Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Almaz Tomiyevaşəhərdə uşaqlar arasında qızılca xəstəliyinin yayılması ilə bağlı elə də ciddi problemin olmadığını bildirib. Şöbə müdiri bu cür infeksion xəstəliklərin qarşısını almaq üçün Gəncədə azyaşlıların təqvimə uyğun olaraq peyvənd edildiyini söyləyib.
Xatırladaq ki, istirahət mövsümü ilə əlaqədar olaraq ölkə ərazisinə qonşu dövlətlərdən turistlərin gəlməsi hava-damcı üsulu ilə yayılan infeksiyaların sayının artması ilə müşahidə olunub.
Mənbə: Milli.Az