Qadin.NET / Milyarder peykin yaradılmasına 400 milyon dollar yatırır

Milyarder peykin yaradılmasına 400 milyon dollar yatırır

Braziliyanın “Star One” peyk şirkətinin sahibi meksikalı milyarder Karlos Slimyeni peykin yaradılmasına 400 milyon dollar yatırmağı planlaşdırır. Peyk artıq 2016-cı ilin əvvəlində orbitə çıxmaqla bütün Cənubi Amerikada genişzolaqlı internetə çıxışı təmin edəcək.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, bundan başqa, peykin imkanlarından Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında da istifadə olunacaq.
Qeyd edək ki, Karlos Slimə məxsus “America Movil” telekommunikasiya holdinqi təkcə Meksika və Braziliyada deyil, həm də digər əksər Cənubi Amerika ölkələrində rabitə bazarına tam nəzarət edir.
Cari ilin mayında meksikalı iş adamı “Bloomberg” şirkətinin ən varlı milyarderlər reytinqində ikinci yeri tutub. Onun varidatı 72 milyard dollar qiymətləndirilir. Birinci yerə meksikalıdan 550 milyon dollar dövlətli olan “Microsoft” korporasiyasının yaradıcısı Bill Qeyts layiq görülüb, - “IT Expert www.itexpert.org.ua” yazır.    
Mənbə: Milli.Az

19 avqust 2013
GO BACK