Curiosity robotu Marsın qırmızı yox, boz planet olduğunu müəyyən edib. Lent. az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Marsda gəzən Curiosity-nin apardığı daş süxurların analizi göstərib ki, qədim zamanlarda Marsda həyat üçün şərait ola bilərdi: bir neçə santimetr dərinlikdə qazıntı yolu ilə alınmış nümunələr bütün lazımlı elementləri (kükürd, azot, hidrogen, fosfor və karbon) özündə birləşdirir.
Tədqiqatçılar qeyd edir ki, başqa planetdə qazıntı işləri ilk dəfə olaraq keçirilib. İndiyə qədər yalnız torpağın səthindən götürülmüş qrunt təbəqə təhlil edilirdi. Curiosity çay sistemini bitirən göl hövzəsi hesab edilən Yellounayf körfəzi adını almış ərazidə qazıntı işləri aparıb.
Nümunələr bir-birini əvəz edən çox sayda quru və rütubətli dövrün mövcud olduğuna işarədir.
Mənbə: Lent.az