Qadin.NET / Bakı yol polisindən xəbərdarlıq

Bakı yol polisindən xəbərdarlıq

 

Bakı yol polisindən xəbərdarlıq

 

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYP) bölmə rəisi, polis polkovnik-leytenantıVaqif Əsədov bildirib.
Bölmə rəisinin sözlərinə görə, məsuliyyətə cəlb edilən həmin piyadalar əsasən təyin olunmayan yerlərdən keçdikləri üçün cərimələniblər. Məsuliyyətə cəlb edilən piyadaların əksəriyyəti isə yaşı 20-50 arasında olan vətəndaşlardır:
"Yol polisi yol hərəkəti qaydalarını pozan piyadalara reydləri bundan sonra da davam etdirəcək. Piyadalara qarşı reydlərin aparılmasında məqsəd piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır. Bununla əlaqədar piyadaları yol hərəkəti qaydalarını pozmamağa və intizamlı olmağa çağırırıq. Bir daha bildiririk ki, sürücülər kimi qaydaları pozan piyadalara da güzəştə gedilməyəcək və onlar qanunvericiliyin tələblərinə uyğun olaraq cəzalandırılacaqlar."

 

Mənbə: Milli.az

19 avqust 2013
GO BACK