Dövlət Radiotezliklər İdarəsinin (DRİ) Radiomonitorinq şöbəsinin mütəxəssisləri Bakı Teleqülləsindən yayımlanan TV və FM proqramlarının yaratdığı elektromaqnit sahə gərginliyinin ölçülməsi analizini aparıblar.
Trend-in məlumatına görə, bu barədə DRİ-nin bazar ertəsi yaydığı məlumatda bildirilir.
Məlumatda bildirilir ki, ölçmə işləri Sumqayıt, Bilgəh, Binə, Mərdəkan, Zuğulba, Zığ, Şüvəlan, Ələt, Qobustan, Tağıyev adına qəsəbə, Pirallahı və Xızı rayonunun Giləzi qəsəbələrinin yaşayış massivlərində aparılıb.
DRİ-nin məlumatlarına görə, TV və FM proqramlarının yaratdığı elektromaqnit sahələrinin gərginliyi normaları ötmür.
Mənbə: Mili.az