Qadin.NET / Nazir Şabranda vətəndaşları qəbul edib

Nazir Şabranda vətəndaşları qəbul edib

 Nazir Şabranda vətəndaşları qəbul edib

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli AbbasovŞabranda bu rayondan, eləcə də Quba, Qusar, Xaçmaz, Siyəzən və Xızı rayonlarından olan vətəndaşlarla görüşüb.
APA-nın nazirliyə istinadən verdiyi məlumata görə, nazirliyin struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların şikayət və müraciətləri dinlənilib.
Qəbul zamanı zəruri məqamlarda ətraf rayonların telekommunikasiya qovşaqlarının rəhbər şəxsləri ilə də telekörpü yaradılıb.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, məsələlərin bəziləri yerində həllini tapıb.
Qəbuldan sonra nazir Ə.Abbasov jurnalistlərə bildirib ki, müraciətlərin əksəriyyətini ucqar kəndlərdə rabitə ilə bağlı mövcud problemlər təşkil edib. Nazir əlavə edib ki, artıq ən ucqar kəndlərdə də əhalinin internet xidmətlərindən yararlanmaq istəməsi sevindirici haldır.
Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər də müvafiq qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.
Mənbə: Milli.Az

19 avqust 2013
GO BACK