Qadin.NET / İşə qəbul olmaq istəyən müəllimlərin nəzərinə

İşə qəbul olmaq istəyən müəllimlərin nəzərinə

 İşə qəbul olmaq istəyən müəllimlərin nəzərinə

Müəllimlərin işə qəbulu üzrə imtahanların və müsahibənin nəticələrinə görə vakant yerlərə əlavə yerləşdirmə üçün ərizə qəbuluna başlanıb
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, əlavə yerləşdirmədə iştirak etmək üçün keçid balını toplamış, lakin işə qəbul olunmamış namizədlər şəxsi səhifələrinə daxil olmaqla boş qalan yerlər haqqında məlumatla tanış olur, ixtisası üzrə ən çoxu 4 vakant yer seçir və seçimini təsdiqləyir. Boş qalan vakant yerlərin seçilməsi prosesi 19 avqust tarixdə saat 10.00-da başlanır və 21 avqust saat 18.00-da başa çatdırılır.
Əlavə yerləşdirmə 21 avqust saat 19.00-da aparılacaq və nəticələr dərhal namizədlərin şəxsi səhifələrinə göndəriləcəkdir. Əlavə yerləşdirmə nəticəsində vakant yerləri tutanlar üçün avqustun 23-də müsahibə keçiriləcək.
 Mənbə: Milli.Az

19 avqust 2013
GO BACK