Hər namazdan sonra məscidlər bağlanacaq
Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, Misir hökuməti ölkənin əsas məscidlərini hər namazdan sonra bağlamağı əmr edib. Səbəb isə oraya islamçı müxalifətin yığışmasının qarşısını almaqdır. Bu barədə "Əl-Məsri Əl-Yəum" Vəqf nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.
Dünən Misir hərbçiləri uzun danışıqlar və sonrakı intensiv atışmaların hesabına Qahirənin "Əl-Fəth" məscidini tutublar. "Əl-Fəth"də devrilmiş prezident Məhəmməd Mursinin tərəfdaşları toplanırdılar. Yerli KİV-lərin məlumatına görə, məsciddə 300 müxalifətçi həbs edilib və onlardan silah yığılıb.
Mənbə: Milli.Az