AzərTAc xəbər verir ki, Fransada yay tətilini ölkənin cənub-şərqində keçirən vətəndaşların evlərinə geri qayıtmaları avtomagistrallarda böyük tıxac yaradıb. İndi avtomobil yollarında rekord həddə, 877 kilometrlik tıxac var. Tıxac əsasən avtomobillərin saatda 110 kilometr sürətlə hərəkət etdiyi yolda baş verib. İnsanlar tıxaca görə saatlarla yolda qalıblar.
Xatırladaq ki, ilk belə tıxac Fransada 2007-ci ildə yaranmışdı. O zaman tıxacın uzunluğu 842 kilometr olmuşdu.
Mənbə: Milli.Az