Qadin.NET / “Müsəlman qardaşlar”ın fəaliyyəti qadağan edilə bilər

“Müsəlman qardaşlar”ın fəaliyyəti qadağan edilə bilər

Misir hakimiyyəti “Müsəlman qardaşlar” islamçı hərəkatının fəaliyyətini qadağan etmək məsələsini nəzərdən keçirir. APA-nın xəbərinə görə, bunu yerli mətbuata müvəqqəti hökumətin mətbuat katibi Şərif Şövqi deyib. O bildirib ki, belə bir təşəbbüslə baş nazir Xazem əl-Bibliavi çıxış edib və hazırda bu məsələ müzakirə olunur.

 Xatırladaq ki, prezident Məhəmməd Mursinin devrilməsindən sonra “Müsəlman qardaşlar” hərəkatı ölkədə geniş miqyaslı kütləvi aksiyalar keçirir. İndiyədək bu aksiyalarda minlərlə adam həlak olub və yaralanıb.

Mənbə: Lent.Az 

18 avqust 2013
GO BACK