Qadin.NET / Azərbaycanlı idmançı erməni rəqibinə aman vermədi, qızıl medal qazandı

Azərbaycanlı idmançı erməni rəqibinə aman vermədi, qızıl medal qazandı

 

Azərbaycanlı idmançı erməni rəqibinə aman vermədi, qızıl medal qazandı
Bolqarıstanın Sofiya şəhərində güləş üzrə gənclərin Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın beşinci günündə 50, 60, 74 və 96 kq çəkidə sərbəst güləşçilərin mübarizəsi başlayıb. 
GülУ™şçilУ™rimiz günü 1 qızıl vУ™ 1 bürünc medalla başa vurublar. 
50 kq
Ruslan Qasımov 1/8 finaldan mübarizəyə başlayıb, ABŞ təmsilçisi Ethan Lizakı (11:4) məğlub edib. Bolqar Mehmed Zeyti Feraimlə görüşdə güləşçimiz məğlub olub.

60 kq
1/16 finaldan mübarizəyə başlayan Əhmədnəbi Qvarzatilov erməni Aşot Velitsyan üzərində inamlı qələbə (7:0) qazanıb. Növbəti görüşdə iranlı Farzad Kovlandı (12:5) mübarizədən kənarlaşdıran güləşçimiz 1/4 finala yüksəlib. Gürcü Şota Partenadzeyə də heç bir şans verməyən (10:1) Əhmədnəbi Qvarzatilov yarımfinala vəsiqə qazanıb. Final yolunda ukraynalı Andrey Sivridi üstУ™lУ™yУ™n gülУ™şçimiz finalda da monqol gülУ™şçisini mУ™ğlub edib vУ™ qızıl medala sahib çıxıb.  
74 kq
Bəxtiyar İsrafilli 1/16 finalda moldovalı İon Vasilaçi ilə görüşdən (8:0) qalib ayrılıb. 1/8 finalda güləşçimiz ABŞ təmsilçisi Aleksander David Dieringerlə qarşılaşıb. Gərgin keçən qarşılaşma (11:12) rəqibin xeyrinə başa çatıb. TУ™sУ™lliverici görüşlУ™rУ™ qatılan BУ™xtiyar keçirdiyi görüşlУ™ri qУ™lУ™bУ™ ilУ™ başa vurub vУ™ dünya çempionatının bürünc medalını qazanıb.
 
96 kq
1/16 finaldan yarışa başlayan Hacı Şərifov Ukrayna güləşçisi Murazi Mçelidzedən (9:5) zəif olub.
Mənbə: Milli.az
18 avqust 2013
GO BACK