Qadin.NET / Azərbaycanın dünya şöhrətli sənətkarı Müslüm Maqomayevin xatirəsi yad olunub

Azərbaycanın dünya şöhrətli sənətkarı Müslüm Maqomayevin xatirəsi yad olunub

 Azərbaycanın dünya şöhrətli sənətkarı Müslüm Maqomayevin xatirəsi yad olunub

AzərTac xəbər verir ki, avqustun 17-də zəmanəmizin görkəmli müğənnisi, Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin doğum günü münasibətilə böyük sənətkarın xatirəsi anılıb.
Dövlət və hökumət rəsmiləri, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək Müslüm Maqomayevin məzarı önünə əklil qoymuş və təzə-tər güllər düzüblər.
Anma mərasimində Müslüm Maqomayevin bənzərsiz və zəngin yaradıcılığından, fitri istedadından söhbət açılıb. Bildirilib ki, musiqi zövqümüzün formalaşmasında onun bənzərsiz ifasının böyük təsiri olmuşdur. Mahnıları ilə dünya musiqi sənətinə xüsusi töhfələr vermiş belə görkəmli sənətkarın müasiri olmaqdan qürur duyuruq.

Mənbə: Milli.Az 
17 avqust 2013
GO BACK