Qadin.NET / "Eintracht" Bakıya 500 azarkeşlə gəlir

"Eintracht" Bakıya 500 azarkeşlə gəlir

 

 

Almaniyanın “Eintracht” klubu Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la ilk oyunu zamanı dəstəksiz qalmayacaq. Milli.Az Azerisport.az-a istinadən xəbər verir ki, rəqib komandanı sözügedən qarşılaşmada təxminən 500 azarkeş dəstəkləyəcək.
Onların 140-ı komanda ilə birgə Bakıya gələcək. Daha 160 fanat ayrıca çarter reysi ilə gəlməyə hazırlaşır. 200 almaniyalı azarkeşin isə adi reyslərlə Azərbaycana səfər etməsi gözlənilir.
Qeyd edək ki, “Qarabağ” – “Eintracht” matçı avqustun 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Mənbə: Milli.Az

17 avqust 2013
GO BACK