Qadin.NET / ABŞ-ın Enerji Nazirliyinə hücum olub

ABŞ-ın Enerji Nazirliyinə hücum olub

 

ABŞ-ın nüvə silahı barədə məxfi məterialları əldə edə bilməyiblər
Naməlum hakerlər ABŞ-ın Enerji Nazirliyinin kompüter bazasına hücum edib. Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hakerlər keçmiş və indiki 14 min əməkdaş haqqında məlumatları oğurlayıb. Məlumata görə, hücumçular xüsusən vətəndaşların sosial siğorta nömrələrini də əldə edib müxtəlif məqsədlərlə istifadə edə bilərdilər.
Ancaq nazirliyin məlumatına görə, hakerlər məxfi məlumatları - xüsusən ABŞ-ın nüvə silahı barədə məlumatları əldə edə bilməyiblər.
Nazirliyin Təhlükəsizlik xidməti və kompüter mütəxəssisləri digər federal agentlərin ekspertləri ilə məsələni araşdırırlar.
Mənbə: Milli.Az

 

17 avqust 2013
GO BACK