Qadin.NET / Xəbərdarlıq: həkim məsləhəti və ya profilaktik tədbirlərə ehtiyac var

Xəbərdarlıq: həkim məsləhəti və ya profilaktik tədbirlərə ehtiyac var

Xəbərdarlıq: həkim məsləhəti və ya profilaktik tədbirlərə ehtiyac var

Bu gün risk qrupuna daxil olan insanların əksəriyyəti -xroniki xəstələr, yaşlı insanlar və uşaqlar və meteohəssas insanlar geomaqnit dalğalarının tərəddüdü, meteoşəraitin tez-tez dəyişməsi ilə ilə əlaqədar diskomfort hiss edəcəklər.
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə verilən məlumata görə, belə kosmik havanın sağlam insanlara heç bir zərəri gözlənilmir və onların bundan narahat olmasına əsas yoxdur. Ancaq risk qrupuna daxil olan insanların bu gün həkimin məsləhəti ilə profilaktik tədbirlər görməsi məsləhət görülür. Avqustun 18 və 19-da isə kosmik hava ilə bağlı problem olmayacaq.

Rəsədxanadan bildirilib ki, ümumilikdə avqustun 17-də planetin geomaqnit durumu tərəddüdlü olacaq. Avqustun 17-də baş verən tərəddüdlərin səbəbi Günəşdə baş verən növbəti partlayış nəticəsində yüksək sürətli plazma küləkləridir.
Mənbə: Milli.Az 
17 avqust 2013
GO BACK