Sabirabadda iribuynuzlu heyvanlar arasında naməlum xəstəlik yayılıb
Etimologiyası müəyyən olunmayan xəstəlik heyvanlarda temperatur yaratmaqla onları hərəkətsiz edir. Bu barədə APA-ya Sabirabad rayonunun sakinləri məlumat veriblər. Sakinlərin sözlərinə görə, rayonun əksər kəndlərində iri buynuzlu heyvanlar qızdırma ilə müşayiət olunan xəstəliyə tutulub. Bəzi kəndlərdə artıq heyvanlar arasında tələfat da var.
Sabirabad rayon baytarlıq xidmətinin rəisi Fikrət Rəsulovun bildirdiyinə görə, kütləvi şəkildə xəstəliyə tutulan heyvanların orqanizmində temperatur qalxır, intoksikasiya yaranır, heyvanlar hərəkətsiz olur, yemdən kəsilir və ağzından su axır. Heyvanların qanından laborator nümunələr götürülərək analiz üçün Respublika Baytarlıq Xidmətinin laboratoriyasına göndərilib. Etimologiyası məlum olmasa da, xəstəlik müalicəyə tabe olur. Qızdırma və virus əleyhinə preparatların, antibiotiklərin, vitaminlərin tətbiqi müsbət effekt verir.

Qeyd edək ki, iribuynuzlu heyvanlar arasında yayılan bu xəstəlik tək Sabirabad rayonunda deyil, digər ətraf rayonlarda da müşahidə edilir. Xəstəliyin Salyan, Saatlı, Neftçala, Cəlilabad, İmişli və sair rayonlarda yayıldığı bildirilir. Kənd sakinlərinin ehtimalına görə, xəstəlik su vasitəsi ilə yayıla bilər. Bu xəstəlik bir müddət əvvəl yağan yağışlardan sonra sürətlə yayılmağa başlayıb. Hazırda Sabirabad rayonun Baytarlıq Xidməti gücləndirilmiş iş rejimində işləsə də, bütün heyvanların müalicəsini həyata keçirmək üçün baytar heyəti çatışmır.
Mənbə: Milli.az
Mənbə: Milli.az