Qadin.NET / Azərbaycanın və Özbəkistanın Elmi Tibb kitabxanaları arasında memorandum imzalanacaq

Azərbaycanın və Özbəkistanın Elmi Tibb kitabxanaları arasında memorandum imzalanacaq

 Azərbaycanın və Özbəkistanın Elmi Tibb kitabxanaları arasında memorandum imzalanacaq

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və ölkəmizin Özbəkistandakı səfirliyinin dəstəyi ilə Azərbaycanın Elmi Tibb Kitabxanası ilə Özbəkistanın Dövlət Elmi Tibb Kitabxanası arasında əməkdaşlığın yaradılmasına dair memorandum imzalanacaq.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, memorandumda tərəflər kitabxana-informasiya sahəsinin aktual problemlərinə dair qabaqcıl təcrübələrin mübadiləsi, bu sahədə birgə konfrans, seminar, onlayn müzakirə və tədbirlərin təşkili, kitabxanalar arasında kitab, jurnal, elektron resursların mübadiləsi, hər iki kitabxanada qarşı tərəfin uğur və nailiyyətlərini əks etdirən guşənin yaradılması, kitabxanalar arasında qarşılıqlı səfərlərin təşkili nəzərdə tutulub.
Qeyd edək ki, memorandum artıq Özbəkistanın Dövlət Elmi Tibb Kitabxanası tərəfindən imzalanıb. Yaxın günlərdə Azərbaycanın Elmi Tibb Kitabxanası tərəfindən də sözügedən sənədin imzalanması gözlənilir.
Azərbaycan və Özbəkistan hökumətləri arasında iqtisadi əməkdaşlıq proqramının həyata keçirilməsi üzrə 2012-2015-ci illər üçün Tədbirlər
Planına uyğun olaraq, iki ölkənin mədəniyyət, elm, təhsil sahəsində fəaliyyət göstərən müəssisələri arasında əməkdaşlıq əlaqələrinin yaradılması və genişləndirilməsi gündəlikdə duran əsas məsələlərdəndir.
Mənbə:Trend.az 

17 avqust 2013
GO BACK