Kənd təsərrüfatı naziri İsmət Abasov Şamaxı, Qəbələ, İsmayıllı, Ağsu, Qobustan və Abşeron rayonlarının sakinləri ilə görüşüb. Bu barədə Lent. az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Görüş iştirakçıları kənd təsərrüfatı məhsulları istehsalının ayrı-ayrı sahələrində qarşıya çıxan problemlərin bütün fermerlərin ortaq problemi olduğunu qeyd ediblər.
Vətəndaşlar kənd təsərrüfatı məhsul istehsalçıları üçün Sahibkarlığa Kömək Milli Fondundan verilən kreditlərin şərtlərinin sadələşdirilməsini, texnika alınmasına köməklik göstərilməsi; üzümçülüyün inkişafı ilə əlaqədar olaraq şərab emalı zavodunun tikilməsi, tədarükünə və satışına dövlət dəstəyi, üzüm bağlarının becərilməsinə, dərmanlanmasına, yeni üzümlüklərin salınması üçün plantaj şumu aparan traktorların verilməsi, nar emalı sexinin tikilməsini nazirdən xahiş ediblər.
Mənbə: Lent.az