Qadin.NET / Günün ulduz falı - 17.08.2013

Günün ulduz falı - 17.08.2013

 

Günün ulduz falı - 17.08.2013
Qoç - yeni ideyalar və intellektual fəaliyyət tələb edən yaradıcı işlər üçün yaxşı zamandır. Yeni tanışlıqlar sizə həmfikirlər və müttəfiqlər verə bilər. Münasibətləri fikir, mövqe və ideyalar uyğunluğu üzərində qurun. Səfər, tədbirlərə qatılmaq, alış-veriş stresslərdən qurtulmağa imkan verəcək.Şəxsi münasibətlərdə yeni mərhələ başlana bilər. Fərqli təmaslar üçün yaxşı perspektivlər var. Diqqət izharları və maraq nişanələri əhvalınızı yaxşılaşdıracaq. Ailə üzvləri ilə vaxt keçirin, onların qayğısına qalın.

Buğa
 - qəflətən dayanmış işlərin irəliləməsi üçün əlinizdən gələn hər şeyi edin. Fəal olun. İntusiya sizi maraq və gözləntilərinizin təmin ediləcəyi yerə aparacaq. Evdəki problemlərə diqqət yetirin.Qohumlarla münasibətləri daha da sıxlaşdırmaq, yaxınlara yardım etmək üçün yaxşı zamandır.Hisslər real fəaliyyət tələb edir. Hədiyyə verin, diqqət izharlarını əsirgəməyin, qayğıkeş olun. Xeyli vaxtdır görmədiyiniz insandan xəbərlər ala bilərsiniz. Axşam saatlarında özünüzü gərəkli insanlara xatırlatmaq üçün yaxşı vaxtdır.


Əkizlər
 - səhər saatlarından etibarən aktivliyinizi artırın. Yaradıcılıq imkanlarınız və biliklərinizin aktiv izharı ilə fəşğul olun. Gərgin fəaliyyət ritmindən çıxmamaq üçün aramla çalışın. Müsbət emosiyalar və hisslərin xüsusi önəmi var.Uzaqdakı dostlarla əlaqələri kəsməyin, onlarla yazışın. Bu gün alınan məlumat və informasiya yeni ideyaların mənbəyi ola bilər.Günün ikinci yarısında şəxsi münasibətləri həll etmək, təmasları aktivləşdirmək, qarşılıqlı anlaşmaya nail olmaq və effektiv çalışmaq üçün yaxşı zamandır.Hisslərinizin gözəl izharına nail olun. Gözləntilərinizin reallaşma ehtimalı az deyil.


Xərçəng
 - yarımçıq qalmış işləri başa vurmaq, yığılıb qalmış problemləri həll etmək üçün əlverişli zamandır. Gərəkli instansiyalara baş çəkin, perspektivdə sizin üçün əhəmiyyətli ola biləcək məsələlərlə bağlı məsləhətləşmələr aparın. Mövqe və nüfuzunuzu qoruyun. Maliyyə məsələlərinə xüsusi diqqət ayırın.Xərcləriniz arta bilər. Görüləsi işlər, alınası əşyalar və mallar var. Yaxın ətrafınızdakı insanlardan biri sizə yardım etmək istəyəcək. Məsləhətləri diqqətlə dinləyin. Yaxın vaxtlarda sizin üçün faydalı olacaq tanışlıqlar formalaşacaq.Yaşamınızı daha rahat edə biləcək layihəyə başlayın. Uzun müddətdən bəri fikirləşdiyiniz planı reallaşdırın. Nikbin olun, aktiv davranın, başa çatdırılası işi bitirin.


Şir - zərgərlik əşyası, komfort predmeti və ya eqoizminizi təmin edəcək başqa əşyaları satın almaq istəyəcəksiniz. Emosiyalarınıza hakim olun, bədxərclik etməyin. Aktiv iş, dostlarla ünsiyyət, axşam saatlarında gözəl məkanda gəzinti üçün əlverişli zamandır.Hadisələrin qəfil axını, gözlənilməz situasiyadan yararlanaraq vəziyyəti xeyrinizə dəyişəmyə çalışın.İnformasiya toplayın, materiallarla çalışın. Fəaliyyətinizi tanıdın, özünüzü reklam edin.

Qız - yaranmış situasiyada mümkün qədər sürətlə davranıb dürüst istiqaməti seçin. Perspektivli ola biləcək nüansları seçin, fəaliyyətinizi çeşidli edin. Ən kiçik şansdan belə, yararlanın. Çətin problemlərin həllinə başlayın, çoxdan bəri yarımçıq qalaraq narazılığınıza səbəb olan işləri bitirin. Bundan başqa, işlərdə bel bağlaya biləcəyiniz və etibar edəcəyiniz insanı seçin.Yaşam və iş müstəvisində gərəkli avadanlıq, materialı alın. Fəaliyyətlə davranışın yenilənməsi mərhələsi başlanır. Bir neçə obraz və fərqli variantlar arasında ən sərfəlisini seçin. Məqsədləriniz üçün optimal varianta üstünlük verin. Axşam saatlarında ailə üzvləri ilə bir araya gələrək ümumi planları, perspektiv hərəkət istiqamətlərini müzakirə etmək olar.
Qarşılıqlı anlaşmaya nail olmaq çətin deyil.

Tərəzi - görüş, danışıqlar, müzakirələr və toplantılar üçün əlverişli zamandır. Yeni ideyalar və planlar perspektivlidir. İşlərdən birinə elə indi başlamaq olar. Heç bir məhdudiyyət yoxdur. Aktiv, təşəbbüskar və çevik olun.Yeni tanışlıqlar uğurlu olacaq. Səfər və səyahətə yollanmaq olar. 
Günün ikinci yarısında yaşam arealınıza dəyişikliklər edin.Axşam saatlarını maraqlar və status baxımından sizə yaxın olan insanla keçirin. Yeni informasiya, təəssürat və ideyalar zamanıdır.

Əqrəb
 - dövlət qurumlarından birinə baş çəkmək, işdə rəhbərlik və ya ailədə yaşlı qohumlardan biri ilə danışmaq istəyirsinizsə, səhər saatlarından etibarən aktiv olun. Bütün məsələləri razılaşdırın, problemlərin çözüm yollarını arayın. Çətinlikləri aradan qaldırarkən perspektivdə faydalı ola biləcək təmasları saf-çürük edin, mənfəət əldə edə biləcəyiniz nüansları dəqiqləşdirin.Yaxın ətrafınızdakı insanlandan biri sizi irəliləmək istədiyiniz yola yönləndirərək faydalı rol oynaya bilər.İşlərinizin tamamlanmasına, layihənin başa çatdırılmasına yaradıcı yanaşın. Dostlar və mümkün sponsorlarla əlaqələri sürətləndirin.Axşam saatlarında istirahət edin.


Oxatan - müxtəlif planlı təmayüllər vəd edən gündür. Görüşlər keçirmək, tədbir planlaşdırmaq olar. Planlar və tapşırıqlara diqqətlə nəzər salın. Ani maraqlarla kifayətlənməyin. İstəyiniz və niyyətiniz barədə bir qədər qətiyyətlə danışın. Uzaqdakı insanlardan birindən xəbər ala bilərsiniz. Səyahət və səfər üçün pis gün deyil. İnternetdə xəbər arayarkən inadkar olun. Real və virtual ünsiyyət faydalı ola bilər. Çevik olun, işlərin bir hissəsini yaxın ətrafınızdakı insanlardan birinə tapşırın. Günün ikinci yarısında sakit və əmin olun.Cari alış-verişdə qənaətli davranın.

Oğlaq - təcili işi başa vurmaq üçün bəzi şəxsi planlarınızı müvəqqəti olaraq təxirə salın. Borclarınızı qaytarın, işlərdə və çalışdığınız yerdə qayda yaradın. Maddi perspektivlər sizi əlavə iş görməyə vadar edə bilər.Faydalı işgüzar əlaqələrə nail olmaq, köhnə təmasları bərpa etmək və yeni tanışlıqlar üçün yaxşı gündür. Şəxsi münasibətlərdə güzəştə gedin, sevdiyiniz və dəyər verdiyiniz insanların qayğısına qalın.İmicinizi düşünün.

Dolça 
- iş qrafikinizi daha intensiv edin. Bu günə səfər, görüş, faydalı işi planlaşdırmaq olar. Ümumi məqsəd və hədəflər üçün tərəfdaşlar razılaşdırmaq, bəzi sərt məqamları yumşaltmaq, inam və etimadı bərpa etmək üçün əlverişli zamandır.Səfər və ya səyahətə çıxmaq, yeni tanışlıqlara nail olmaq mümkündür. Şəxsi münasibətlər aktivləşir. Sizi mühüm hadisələr gözləyir. Hansısa mövzunu və ya məsələni gərginlikdən xilas etmək üçün konstruktiv davranın. Xarici görkəminizə diqqət yetirin. Gərəkli əşya və ya avadanlıq alınmalıdır.Retroqradlıq dövrü olduğu üçün alış-verişdə çox pul xərcləməyin.


Balıqlar - diqqət mərkəzindəsiniz. Aktivliyinizi elə qurun ki, ünsiyyət işinizin xeyrinə olsun. Müstəqil və təkbaşına fəaliyyət alınmayacaq. Sizin işlərinizə tələbat var, sizi yada salırlar, zəng vururlar və bundan qurtulmaq mümkün deyil. Yaxşı görünməyə çalışın, çünki normal görünüş uğurun yarısıdır. Özünüzü, istedad və bacarıqlarınızı normal təqdim edin.
Kiçik, amma konkret nəticələrə hesablanmış işlər üçün yaxşı gündür. Detalları araşdırın, alınmış informasiyaları təhlil edin. Bundan sonra yeni məqsədlər barədə düşünmək olar. Daha ciddi məsələləri müzakirə etmək üçün əlaqələri və köhnə planları bərpa edin.
Mənbə: Milli.az

 

17 avqust 2013
GO BACK