Qadin.NET / Hava haqqında - 17.08.2013

Hava haqqında - 17.08.2013

 

Hava haqqında - 17.08.2013
Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 21-25°, gündüz 33-38° isti olacaq.
Bakıda gecə 22-24°, gündüz 35-37° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 757 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Şıx çimərliyində, Sahildə 27-28° isti olacaqdır.
Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək.
Temperaturun gecə 18-23°, gündüz 33-38° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 11-16°, gündüz 23-28°, bəzi yerlərdə 30°-dək isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək.
Temperaturun gecə 17-22°, gündüz 32-37° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava, əsasən, yağmursuz keçəcək.
Temperatur gecə 17-22, gündüz 30-35° isti olacaq.
Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək.
Temperatur gecə 18-23°, gündüz 33-38°, bəzi yerlərdə 40°-dək isti olacaq.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava yağmursuz keçəcək.
Temperaturun gecə 20-23° isti, gündüz 32-37° isti, dağlarda gecə 15-20° isti, gündüz 26-31° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz

Yaxın 3 gün ərzində Abşeron yarımadasında günorta saatlarında isti diskomfort şərait, bəzi saatlarda yüksək temperatur fonunda havada rütubətin çox olması ilə yaranan bürkü hissi meteohəssas insanlar üçün əlverişsizdir.
Mənbə: Milli.az

 

17 avqust 2013
GO BACK