Milli.Az EL TV-yə istinadən xəbər verir ki, Ağdam Mərkəzi rayon Xəstəxanasının həkimləri məcburi köşkünlərin kompakt yaşadığı qəsəbələrdə əhalini müayinə ediblər. Aksiyanın birinci günü həkimlər Ağcabədi rayonunda köçkünlərin məskunlaşdığı yeni qəsəbədə olublar.
Müayinə zamanı, əsasən, köp, qəbizlik, iştahasızlıq, arterial hipertaneziya, azyaşlı uşaqlarda isə allergiya və qurd xəstəliklərinə daha çox rast gəlinib. Həkimlər ev şəraitində yatan müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlara də baş çəkiblər.
Mənbə: Milli.az