İranda gözəl xarici görünüşə malik olan qızın dövlət qulluğunda işləməsinə icazə verməyiblər. Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə,Nina Moradi bu yaxınlarda seçki nəticəsində Qəzvin şəhərində dövlət məsləhətçisi vəzifəsinə seçilmişdi. Konservativ dairələrdə isə gözəl xarici görkəmə malik qadının belə vəzifədə işləməsinə razılıq verməyiblər. Dindarlar bildiriblər ki, dövlət qulluğu manekenlərin yeri deyil.
Dini şuranın qərarı ilə o, tutduğu vəzifədən azad edilib və gələcəkdə də dövlət sektorunda işləməsinə qadağa qoyulub.
27 yaşlı Nina Siahali Moradi ixtisasca mühəndisdir. Seçki plakatlarında Nina qara paltarda, hicabla görüntülənib. Ənənəvi paltar qadının yalnız üzünü açıq saxlayır. Bununla belə, mollalar hesab ediblər ki, belə bir hal "anormaldır".
Mənbə: Milli.az