Qadin.NET / Baş katib: "Türkdilli ölkələr iqtisadiyyat və humanitar sahələrdə əməkdaşlığı gücləndirəcəklər"

Baş katib: "Türkdilli ölkələr iqtisadiyyat və humanitar sahələrdə əməkdaşlığı gücləndirəcəklər"


Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində turizm sahəsində Əməkdaşlıq komissiyası yaradılacaq. 
Trend-in məlumatına görə, bu barədə mətbuat konfransında jurnalistlərə açıqlamasında şuranın Baş katibi Xəlil Akınçı bildirib.
Akınçının sözlərinə görə, bundan əlavə toplantı çərçivəsində keçirilən görüşlərdə səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində əməkdaşlığın inkişafı və Türk akademiyasının yaradılması məsələləri müzakirə edilib: "O cümlədən, nəqliyyat və iqtisadi layihələr və yükdaşımaları sahəsində layihələr müzakirə edilib".
Baş katibin sözlərinə görə, Asiyadan Türkiyəyə hərəkət edən yük maşının sürəti saatda 17 kilometr təşkil edir ki, bu da aşağı göstəricidir. Buna səbəb isə, bu ölkələrin NKM-də yük maşınlarının keçdiyi uzun prosedurlardır: "Biz türkdilli ölkələr arasında yükdaşımaların sürətinin artırılması üçün bu prosedurları azaltmaq niyyətindəyik".
Akınçı, o cümlədən vurğulayıb ki, diasporların fəaliyyəti sahəsində əməkdaşlıq şura üzvləri üçün böyük maraq kəsb edir və bu məsələlər də görüşlərdə müzakirə edilib.

 

Mənbə: Milli.az

16 avqust 2013
GO BACK