Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək 2014-cü il futbol üzrə dünya çempionatının final matçında otelin bir gecəsi orta hesabla 346 avro olacaq. Lent.az-ın məlumatına görə, bu barədə “Bild” nəşri Braziliya Milli Turist Bürosunun hesabatına istinadən xəbər yayıb.
Hesabatda bildirilir ki, mundialın başlanmasına 10 ay qalmış Rio-de-Janeyroda otel qiymətləri görünməmiş həddə çatıb. Halbuki 2006-cı il dünya çempionatının final matçında Berlin otellərində 225 avro olub. 2010-cu il mundialında isə Yohannesburqda bu məbləğ 150 avro təşkil edib.
Qeyd edək ki, 2014-cü il dünya çempionatının təşkilatçıları 3 milyondan çox qonağın, o cümlədən, 500 mindən çox xarici turistin gəlişini gözləyirlər. Mundial gələn il iyunun 12-dən iyulun 13-dək keçiriləcək.
Mənbə: Lent.az