Qadin.NET / Hava haqqında - 16.08.2013

Hava haqqında - 16.08.2013

 

Hava haqqında - 16.08.2013
Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 20-25°, gündüz 33-38° isti olacaq.
Bakıda gecə 23-25°, gündüz 35-37° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Şıx çimərliyində, Sahildə 27-28° isti olacaq.
Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək.
Temperaturun gecə 18-23°, gündüz 33-38° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava yağmursuz keçəcək.
Temperaturun gecə 10-15°, gündüz 23-28° isti olacağı gözlənilir. 

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava yağmursuz keçəcək.
Temperaturun gecə 16-21°, gündüz 30-35° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava yağmursuz keçəcəkdir.
Temperatur gecə 19-24, gündüz 29-34° isti olacaq.
Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava yağmursuz keçəcək.
Temperatur gecə 19-24°, gündüz 33-38°, bəzi yerlərdə 40°-dək isti olacaq.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava yağmursuz keçəcək.
Temperaturun gecə 19-22° isti, gündüz 32-37° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacağı gözlənilir. 
Tibbi-meteoroloji proqnoz
 
Yaxın 3 gün ərzində Abşeron yarımadasında günorta saatlarında isti diskomfort şərait, bəzi saatlarda yüksək temperatur fonunda havada rütubətin çox olması ilə yaranan bürkü hissi meteohəssas insanlar üçün əlverişsizdir.
Mənbə: Milli.az
16 avqust 2013
GO BACK