Bakı Metropoliteni Azərbaycanda yeni dərs ilinin başlanacağı gündən (16 sentyabr) etibarən qatarların hərəkəti arasında intervalın iki dəqiqəyədək azalmasını nəzərdə tutan payız-qış rejiminə keçəcək.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Bakı Metropolitenindəki mənbə bildirib.
Mənbənin sözlərinə görə, hazırda Bakı Metropolitenində qatarların hərəkəti yay rejiminə müvafiq olaraq həyata keçirilir. Qatarların hərəkəti arasında interval 3 dəqiqə təşkil edir: "Lakin sentyabrın 16-da yeni rejimə keçidlə əlaqədar olaraq hərəkət intervalı 2 dəqiqəyədək azalacaq".
Mənbə: Milli.az