Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, “Tomris” Analar Cəmiyyəti və “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi tərəfindən ABŞ İnkişaf Agentliyi və Counterpart İnternational təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Qadınların siyasi həyatının
gücləndirilməsi” layihəsinin yekun nəticələri müzakirə edilib. Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd Gəncə şəhərində, eləcə də Samux, Göygöl və Daşkəsən rayonlarında qadınların siyasi prosseslərdə iştirakını gücləndirmək olub. Tədbir zamanı layihə iştirakçıları 18 ay davam edən layihənin bundan sonra müsbət nəticələr göstərəcəyini vurğulayıblar.
GRQM-in sədri Məleykə Əlizadə: “Rayon mərkəzi tamam başqadır, amma biz kəndlərdə işləyən zaman necə bacarıqlı qadınların olduğunun bir daha şahidi olduq. Söhbət təkcə savadlı qadınlardan getmir, hətta orta təhsili olan qadınlarımızın necə əl qabiliyyətinə malik olmalarının şahidi olduq. Biz qərara gəldik ki, bu qadınlara, sadəcə, dəstək, tövsiyə lazımdır ki, onlar öz işlərini qura bilsinlər. Bildiyiniz kimi bu da ölkədə yoxsulluq həddinin daha da azaldılmasına dəstək olacaq bir proqramlar ola bilər”.
Mənbə: Mili.Az