Rusiyalı rejissorlar “Möhtəşəm yüzyıl” serialına rəqib olacaq film çəkmək qərarına gəliblər.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, “Yasəmən” adlanacaq film türk motivləri əsasında lentə alınacaq. Serialın “Möhtəşəm yüzyıl”ı kölgədə qoyacağı iddia edilir. Yaradıcı heyət İstanbuldakı Sultan Əhməd məscidinin eynisinin dekorunu Rusiyada qurub. Milyon dollara başa gələn dekoru “Anna Karenina” filmindəki dekorla məşhurlaşan Sergey İvanov hazırlayıb.
“Mosfilm”in yaradıcı heyəti dekorasiya üçün lazım olan vasitələri Hindistan, Misir və Türkiyədən gətirdiklərini bildirib. Rejissor Vyaçeslav Kominskiserialla bağlı bunları deyib:
“Burada rus qızlarının türk adət-ənənələrinə öyrəşmələrindən bəhs olunacaq. “Möhtəşəm yüzyıl”dakı kimi intriqalarla bol bir filmdir. Baş rolu Yekaterina Krupenina oynayacaq”.
Qeyd edək ki, “Yasəmən” payız ayında yayımlanacaq.
Mənbə: Milli.Az