Qadin.NET / Məhəmməd peyğəmbəri təhqir edən prodüserdən növbəti şok addım

Məhəmməd peyğəmbəri təhqir edən prodüserdən növbəti şok addım

 Məhəmməd peyğəmbəri təhqir edən prodüserdən növbəti şok addım

“Müsəlmanın məsumluğu” adlı qalmaqallı filmin prodüseri islamı qəbul edib. 
Publika.Az-ın məlumatına görə, Hollandiyanın Azadlıq Partiyasının ultrasağçı siyasətçisi Arno van Drun islamı qəbul edib. Belə ki, Məhəmməd peyğəmbəri təhqir edən filmin prodüseri bir müddət qəzəb obyektinə çevrilmişdi. Van Drun indi müsəlman olub, hətta Mədinə və Məkkəni də ziyarət edib. O deyib:
- Mən İslam dininə qarşı ən radikal və ən qəddar partiyanın üzvü idim. Lakin müsəlmanların peyğəmbərlərini təhqir etdiyim filmimə qarşı reaksiyasını görəndən sonra, İslam haqqında həqiqəti axtarmağa başladım ki, müsəlmanların dinə və peyğəmbərə qarşı sevgisinin səbəblərini bilim və suallarıma cavab tapım. 
Prodüsser sonradan İslamı öyrənməyə başlayıb və Hollandiyada müsəlman cəmiyyəti ilə yaxınlaşıb. O, hətta Səudiyyə Ərəbistanında nüfuzlu şəxslərlə də görüşüb.
Mənbə: Milli.Az 

15 avqust 2013
GO BACK