Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti əhaliyə xəbərdarlıq edib. Lent.az-ın məlumatına görə, tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında günorta saatlarında isti diskomfort şərait, bəzi saatlarda yüksək temperatur fonunda havada rütubət çox olması ilə bürkü yaranacaq. Bu isə meteohəssas insanlar üçün əlverişsizdir.
Mənbə: Lent.az