Qadin.NET / Magistraturanın boş qalan plan yerlərinə aparılan müsabiqənin nəticələri açıqlandı

Magistraturanın boş qalan plan yerlərinə aparılan müsabiqənin nəticələri açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013-2014-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə ixtisas seçimi müsabiqəsinin nəticələrini açıqlayıb. KomissiyadanTrend-ə verilən məlumata görə, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri avqustun 14-də saat 18:30-dan etibarən TQDK-nın internet saytında yerləşdiriləcək. Bakalavrlar qəbulun nəticələrini iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə biləcəklər.
Magistraturanın boş qalan plan yerlərinə qəbul olmaq üçün 1539 bakalavr müraciət edib.
Müsabiqə nəticəsində onlardan 643 nəfər magistratura səviyyəsi üzrə təhsil almaq hüququ qazanıb.
Qəbul olan bakalavrların siyahısı avqustun 15-də "Magistr" jurnalının 7-ci sayında dərc olunacaq.
Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar 2013-cü il avqustun 19-dan 28-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər.
Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.
Mənbə: Milli.Az 

15 avqust 2013
GO BACK