Yaxın Şərq adı çəkilən yeni Qlobal Strategiyada liderlik edir.
İnfiniti Q45 nəslindən doğan yeni adı çəkilən strategiya İnfiniti-nin yeni nəsil modellləri üçün ilham yaradır.
“İnfiniti-nin uzunmüddətli məqsədi insanların axtardığı arzulanan brendin yaradılmasıdır”, İnfiniti-Nissan-ın Yaxın Şərq üzrə icraçı direktoru Samir Cherfan deyib. “Bizim məqsədimiz öz məhsulumuz, brend münasibətimiz və müştərilərə xidmətimiz ilə premium avtomobil liqasında ön sıralarda yer tutmaqdır. Biz buna nail olmaq üçün ciddi struktur dəyişikliyi edərək uzun yol keçdik. Biz daha geniş vəd edilmiş çevrəyə çatmaq üçün yeni adlandırma strategiyasına üz tutduq. Yaxın Şərqdə biz ilk və strateji modelimiz olan İnfiniti Q45 modelindən ilhamlanan İnfiniti-nin yeni adlandırma iyerarxiyasının açılışı kimi çıxış edən qlobal Strateji planda yeni mərhələnin başlanğıcını qoyacayıq”.
1989-cu il noyabrın 8-də ABŞ-da istehsal olunan İnfiniti Q45 hissiyatlı dizayn, dəqiq texnologiya və yüksək performansı təqdim etmədi, həmçinin yeni lüks sedan anlayışını müəyyən etdi. Dözümlü avadanlıqlar və güclü V8 mühərriki ilə Q45 idarəetmə rahatlığına, xüsusiyyətlərinə görə dərhal mütəxəssislərin müsbət rəyini qazandı. Q45 İnfiniti brendini qloballaşdırmaqla yanaşı Yaxın Şərqdə satılan ilk İnfiniti modeli oldu. O gündən İnfiniti “ Q” seriyası ilə başlanan modellərini daim fərqləndirir.
Bu gun, əvvəlki illərdən fərqli olaraq İnfiniti model sırasına 8 model daxildir ki, bu modellər dünyanın təxminən 50 ölkəsində satılır. Bu məhsullar və coğrafi genişlənmə sayəsində brendin satışları 2011-ci ilə nisbətən 12% artaraq 2012-ci maliyyə ilində 173.000 ədədə yüksələrək rekord həddə çatmasında həlledici rol oynamışdır.
İnfiniti modelləri inkişaf edərək sedan, kupe və kobrioletlər üçün “Q”, krossover və SUV üçün isə “QX” seriyası qazandı.
Mənbə: Lent.az