Qadin.NET / DÇ-2013-də ilk gün: Elmanla Ceyhun bürünc medal qazandı, Ramiz beşinci oldu

DÇ-2013-də ilk gün: Elmanla Ceyhun bürünc medal qazandı, Ramiz beşinci oldu

 

 

Bolqarıstanın Sofiya şəhərində güləş üzrə gənclərin Dünya çempionatı start götürüb. Milli.Az Azerisport.az-a istinadən xəbər verir ki, çempionatın ilk günündə 50, 60, 74 və 96 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparıblar.

 

Güləşçilərimiz ilk günü 2 bürünc medalla başa vurub.
50 kq
1/8 finaldan mübarizəyə başlayan Ramiz MəmmədovQazaxstan güləşçisi Nurcan Satmaganbetlə görüşdən (6:5) qalib ayrılıb. Gürcü İrakli Şavadzeni asanlıqla məğlub edən (8:0) güləşçimiz yarımfinala yüksəlib. Yarımfinalda Ukrayna təmsilçisi Oleksandr Trifonov uduzan Ramiz bürünc medal uğrunda görüşə çıxıb. Rumıniya güləşçisi Aleksandru Botezlə gərgin keçən görüşdə (7:7) qələbə rəqib güləşçiyə verilib, Ramiz Məmmədov çempionatı beşinci sırada tamamlayıb.
60 kq
Elman Muxtarov da 1/8 finaldan mübarizə başlayıb. Macar Mate Krazsnaini (9:3) məğlub edən Elman 1/4 finala yüksəlib. Qırğız Urmatbek Amatovu (6:1) üstələyən Elman yarımfinala yüksəlib. Yarımfinalda erməni güləşçisi Karen Aslanyana uduzan Elman Muxtarov bürünc medal uğrunda görüşə çıxıb. Rusiya təmsilçisi Artur Süleymanovu (1:0) üstələyən güləşçimiz bürünc medal qazanıb.
74 kq
Ceyhun Əliyevin 1/8 finalda rəqibi Latviya güləşçisi Sergey Mironovs üzərində tam üstünlüklə (8:0) qələbə qazanıb. 1/4 finalda güləşçimiz qazax Abunassir Omirzakı (6:0) məğlub edib və yarımfinala yüksəlib. Yarımfinalda Ceyhun Əliyevin Ukrayna güləşçisi Andrey Antonyuka uduzub. Bürünc medal uğrunda həlledici görüşdə Ceyhun Əliyev qırğız Samat Şirdakovdan üstün olub və fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.
96 kq
Tural Daşdəmirov 1/16 finalda Çin güləşçisi Minqjian Qu üzərində tam üstünlüklə (4:0) qələbə qazanıb. Ancaq 1/8 finalda iranlı Seyidmustafa Seyidqənbər Salehizadə ilə görüş güləşçimiz üçün uğurlu alınmayıb (2:5) və mübarizəni dayandırıb.
Böyük məşqçi Şaban Donat və məşqçi Akif Əliyevin rəhbərliyi altında qitə ikincisi olan yunan-Roma güləşi yığmamızın üzvləri çempionatın ilk iki günü mübarizə aparır. Heyətdə Ramiz Məmmədov (50 kq), Sakit Quliyev (55 kq), Elman Muxtarov (60 kq), Ruhin Mikayılov (66 kq), Ceyhun Əliyev (74 kq), Orxan Nuriyev (84 kq), Tural Daşdəmirov (96 kq) və Abbas Abdullayev (120 kq) yer alıb.
Mənbə: Milli.Az

 

15 avqust 2013
GO BACK