Qadin.NET / Azərbaycan iqtisadiyyatı il ərzində 5 faiz artıb

Azərbaycan iqtisadiyyatı il ərzində 5 faiz artıb

 

Azərbaycan iqtisadiyyatı il ərzində 5 faiz artıb


2013-cü ilin yanvar-iyul aylarında ölkədə 32,3 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Trend-in məlumatına görə, Dövlət Statistika Komitəsinin rəsmi saytında yerləlşdirilən məlumatda bildirilir ki, umumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 3484,7 manat (4441,3 ABŞ dolları) təşkil edib və 3,7 faiz artıb.
ÜDM-in 63,8 faizi istehsal sahələrində, o cümlədən 47,7 faizi sənayedə, 10,8 faizi tikintidə, 5,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunub, 29,7 faizi isə xidmət sahələrinin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,5 faizini təşkil edib.
Xidmət sektorunda əlavə dəyər istehsalının 25,2 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 18,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,8 faizi informasiya və rabitə xidmətləri göstərən sahələr, 43,0 faizi isə sosial və digər xidmət sahələri tərəfindən təmin edilib.
Qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz artıb, onun ÜDM-də xüsusi çəkisi 54,8 faiz təşkil edib. Neft-qaz hasilatı və emalı sahələrində ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz az əlavə dəyər istehsal edilib.
Cari ilin yeddi ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə tikintidə əlavə dəyər 33,8 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 20,0 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,2 faiz, informasiya və rabitə xidmətlərində 6,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 4,8 faiz, nəqliyyat və anbar təsərrüfatında 4,2 faiz, sosial və digər xidmət sahələrində 3,0 faiz artıb.
Mənbə: Milli.az
14 avqust 2013
GO BACK