Qadin.NET / Goranboyda çörək sexində reyd keçirilib

Goranboyda çörək sexində reyd keçirilib

Goranboyda çörək sexində reyd keçirilib

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, aparılan reydlərə və tətbiq olunan cərimələrə baxmayaraq qərb bölgəsində standartın tələb və normalarına cavab vermədən çörək istehsalı ilə məşğul olan sahibkarlara, hələ də, rast gəlmək mümkün olur.
Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Gəncə Ərazi İdarəsinin əməkdaşlarının Goranboy rayonunda sahibkar Çümşüd Cabbarova məxsus sexdə apardığı yoxlamalar ciddi nöqsanları ortaya qoyub. Belə ki, strateji məhsul sayılan çörəyin xəmirinin yoğurulmasından tutumuş bişirilməsinə, eləcə də saxlanılmasına qədər olan bütün proses antisanitar şəraitdə həyata keçirilir.
Bundan başqa istehsal sahəsində istismar olunan avadanlıqların kustar üsulla hazırlandığı da aşkar edilib. Yoxlamalar zamanı sexdə çörəyin bişirilməsində avtomobil mühərriki üçün nəzərdə tutlan yağlardan istifadə olunduğu da məlum olub.
Mənbə:Milli.az 

14 avqust 2013
GO BACK