Qadin.NET / Urmiya gölündə suyun səviyyəsi qalxır

Urmiya gölündə suyun səviyyəsi qalxır

 

Urmiya gölündə suyun səviyyəsi qalxır

 

İl ərzində Urmiya gölünün su hövzəsinin sahəsi genişlənib.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, hazırda Urmiya gölünün sahəsi 3476,94 kv. km-dir. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 89,99 kv. km genişlənmə deməkdir. Ötən ilin eyni dövründə Urmiya gölünün su hövzəsinin sahəsi 3386,95 kv. km olub.

Bundan başqa, hazırda Urmiya gölündə suyun səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 24 sm qalxıb. Belə ki, indi Urmiya gölündə suyun səviyyəsinin tarazlığı 1270,87 metrdir.

Eyni zamanda hazırda Urmiya gölündəki suyun həcmi 12,60 mlrd. kubmetrdir. Ötən ilin oxşar dövründə isə bu rəqəm 11,83 mlrd. kubmetr təşkil edib.

 

Mənbə: Lent.az

14 avqust 2013
GO BACK