Qadin.NET / Bir neçə gün sonra Azərbaycanda hava soyuyacaq

Bir neçə gün sonra Azərbaycanda hava soyuyacaq

Bir neçə gün sonra Azərbaycanda hava soyuyacaq

Avqustun 16-dan 18-dək Azərbaycanda temperaturların tədricən yüksələcəyi, 18-dən sonra isə yenidən bir qədər enəcəyi və havanın küləkli keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirib ki, avqustun 16-dan 18-dək temperatur tədricən yüksələcək. Bu müddətdə Aran rayonlarında 33-38, bəzi yerlərdə 40, dağlıq rayonlarda 23-28, bəzi yerlərdə 30, Abşeron yarımadasında 33-35, bəzi yerlərdə 38 dərəcəyədək isti olacaq.
Avqustun 15-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Mülayim şimal küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 20-24, gündüz 31-36 dərəcə isti olacaq.
Bakı və Abşeron yarımadasında çirmərliklərdə dəniz suyunun hərarəti 25-27 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında avqustun 15-də hava yağmursuz olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.

 

Mənbə:Milli.az

14 avqust 2013
GO BACK